Nokia 220 - Mesaj göndərmək və qəbul etmək

background image

Mesaj göndərmək və qəbul etmək

Dostlarınız və ailənizlə mətn mesajları vasitəsilə əlaqə saxlayın.
1. Seçin Menyu > Mesajlar.

2. Mesaj yarat seçin.

3. Telefon nömrəsini yazın və ya onu kontakt siyahısından seçin.

4. Mesajınızı yazın.

İşarə:Təbəssüm və ya rəmz kimi xüsusi simvolları daxil etmək üçün Seçimlər > Daxil etmə

seçimi seçin.

5. Göndər seçin.
Bir mesajın simvol həddindən daha uzun mətn mesajları göndərə bilərsiniz. Uzun mesajlar iki və daha

çox mesaj kimi göndərilir. Sizin xidmət provayderiniz sizdən müvafiq ödəniş tələb edə bilər. Vurğu və

digər işarələri istifadə edən simvollar və ya bəzi dil seçimləri daha çox yer tutur və bir mesaj

çərçivəsində göndərilən simvolların sayını məhdudlaşdırır.
Mesajı oxumaq

İş masasında Oxu seçin. Mesajın qalan hissəsini oxumaq üçün seçin.