SIM, batareya və yaddaş kartını daxil edin
Batareya və SIM kartı, yaddaş kartını daxil etməyi öyrənin.
Mühüm: Bu cihaz standart SIM kart ilə (şəklə bax) istifadə üçün nəzərdə tutulub. Uyğun olmayan
SIM kartlardan istifadə kart və yaı cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər. Mini-UICC küncü olan SIM kartdan istifadəyə dair mobil operatorunuza müraciət
edin.
Yalnız təsdiqlənmiş və bu cihaz üçün uyğun olan yaddaş kartlarından istifadə edin. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
4
Qeyd: Qapaqları çıxarmazdan əvvəl cihazı söndürün və adapteri və hər hansı digər cihazı elektrik
enerjisindən ayırın. Qapaqları dəyişərkən elektron komponentlərə əl vurmayın. Cihazı həmişə
verilən qapaqla saxlayın və istifadə edin.
1. Baş barmağınızı Nokia loqosunun üzərinə qoyun və arxa qapağı telefondan ayırmaq üçün üst
küncləri bir-bir çəkin.
2. Barmaqlarınızı arxa qapağın üst mərkəzinə qoyun və baş barmağınızı Nokia loqosunun üzərində
saxlayaraq qapağı çıxardın.
3. Əgər batareya telefonun daxilindədirsə, onu qaldırıb çıxardın.
4. SIM-i kontakt sahəsi așağı olmaqla saxlayıcıya sürüșdürün.
5. Batareya kontaktlarını tapın və batareyanı içəri qoyun.
6. Yaddaş kartını slotuna daxil edin. Yaddaş kartını yerini tutana qədər yerinə basın.
© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
5
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun edilməsi yaddaş
kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
7. Arxa qapağı yerinə taxın.
Yaddaş kartını çıxardın
Yaddaş kartını götürün.
Telefonunuzu yandırın
Enerji düyməsini basıb saxlayın.