Nokia 220 - Giriş kodları

background image

Giriş kodları

Telefonunuzda olan müxtəlif kodların nə üçün olması maraqlıdır?

PIN və ya PIN2 kodu
(4-8 rəqəm)

Bunlar SIM kartınızı icazəsiz istifadədən

qorumaq və ya bəzi xüsusiyyətlərə daxil olmaq

üçün tələb olunur.
Siz telefonu yandırdıqda PIN kodun tələb

olunmasını təyin edə bilərsiniz.
Kodlarınızı unutmusunuzsa və ya onlar kartınızla

birlikdə təmin edilməyibsə, şəbəkə xidməti

təminatçınızla əlaqə saxlayın.
Ardıcıl olaraq 3 dəfə kodunuzu səhv daxil etsəniz,

PUK və ya PUK2 kodu ilə telefonu blokdan

çıxartmalısınız.

PUK və ya PUK2

Bunlar PIN və ya PIN2 kodunu blokdan çıxartmaq

üçün tələb olunur.
SIM kartınızla birlikdə təmin edilməyibsə, şəbəkə

xidməti təminatçınızla əlaqə saxlayın.

Təhlükəsizlik kodu (kilid kodu, parol)

Bu, telefonunuzu icazəsiz istifadədən qorumağa

kömək edir.
Siz telefonu yandırdıqda seçdiyiniz kilid kodunun

tələb olunmasını təyin edə bilərsiniz.
Kodu gizli yerdə və telefondan ayrı saxlayın.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

16

background image

Kodu unutsanız və telefonunuz kilidlənərsə,

telefonunuzu texniki xidmətə aparmaq tələb

olunacaq. Əlavə xərclər tələb oluna və

telefonunuzda olan şəxsi məlumatlar silinə bilər.
Ətraflı məlumat almaq üçün Nokia Care və ya

telefon dilerinizlə əlaqə saxlayın.

IMEI

Bu şəbəkədə olan telefonları təyin etmək üçün

istifadə edilir. Siz bu nömrəni Nokia Care

xidmətlərinə təqdim etməli ola bilərsiniz.
IMEI nömrənizə baxmaq üçün *#06# yığın.

© 2014 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

17